Redaksiya nömrəsi: № 2.0
Dərc olunma tarixi: 14.02.2024
Qüvvəyə mindiyi tarix: 14.02.2024
Tap.az İstifadəçi Razılaşması
Bu Saytın (https://tap.az/) bütün İstifadəçiləri üçün məcburi olan aşağıdakı müddəaları və şərtləri ilə tanış olmanızı xahiş edirik. Nəzərə alın ki, bu Saytdan istifadə etməklə, bu Razılaşmada qeyd olunan şərtlərlə razılaşırsınız.
Mündəricat:
- Terminlər və təriflər
- Ümumi müddəalar
- Elan yerləşdirilməsi
- Elanların irəlilətmə üzrə ödənişli xidmətlər
- Ödəniş
- Şəxsi hesab və bonuslar, onların hesablanması və istifadəsi şərtləri
- «Mesajlar» xidməti
- Kommunikasiya
- Saytın istifadə edilməsi
- Məsuliyyət məhdudiyyəti
- Şəxsi kabinetin ləğv edilməsi
- Digər şərtlər
Əlavələr:
- Əlavə 1 – Kateqoriya üzrə limitlər
- Əlavə 2 – Ödənişli xidmətlər (bundan sonra "İrəlilətmə" xidmətləri)
- Əlavə 3 – Elan yerləşdirilmə qaydaları
- Əlavə 4 – Məxfilik siyasəti
1. Terminlər və təriflər
- Tap.az və ya Sayt – İnternet şəbəkəsində https://tap.az/ (domenin bütün səviyyələri də daxil olmaqla) ünvanında yerləşən və Interfeysin proqram təminatı, məlumatlar və qrafik tərtibatı (dizaynı) toplusundan ibarət elektron səhifə.
- Administrasiya – Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçmiş və fəaliyyət göstərən “DİGİTAL CLASSİFİEDS” MMC (VÖEN: 1405631661)
- İstifadəçilər – Saytdan istifadə edən İnternet şəbəkəsinin istifadəçiləri
- Şəxsi kabinet – İstifadəçinin Saytdakı Şəxsi bölməsi
- Giriş – İstifadəçiyə unikal identifikator təyin etməklə, Şəxsi kabinetə girişin təmin edilməsi prosesi
- Şəxsi hesab – Saytda ödənişli xidmətlərdən faydalanmaq üçün istifadə oluna biləcək vəsait qalığının uçotu üçün hesab
- Şəxsi məlumatlar – İstifadəçinin Sayta daxil olarkən və ya ondan istifadə edərkən özü haqqında müstəqil şəkildə təqdim etdiyi məlumat və ya məlumatlar toplusu, o cümlədən İstifadəçinin Saytdan istifadə prosesində də avtomatik olaraq Administrasiyaya ötürülən şəxsi məlumatları, İP-ünvanı, cookie-məlumatları, İstifadəçinin brauzeri haqqında məlumatlar və digər İstifadəçi məlumatları
- Məlumat – İstifadəçi və ya Administrasiya tərəfindən Saytda yerləşdirilən istənilən məlumat
- Spam – kütləvi, icazəsiz və/və ya istifadəçilərin gözləmədiyi reklam, məlumat, təbliğat xarakterli və ya digər poçt göndərişləri
- Məhsul – İstifadəçinin Saytda yerləşdirdiyi hər hansı məhsul, xidmət və ya iş
- Elan – İstifadəçi tərəfindən Saytda yerləşdirilmiş və qeyri-müəyyən sayda şəxslərə ünvanlanmış (əlaqə məlumatları, fotoşəkillər və hər hansı əlaqəli məlumatlar da daxil olmaqla) Məhsul haqqında təklif
- Xidmətlər – Saytın İstifadəçiləri üçün funksional imkanlar
- Paketlər – Kommersiya fəaliyyəti ilə məşğul olan İstifadəçilər üçün hazırlanmış və kommersiya baxımından sərfəli olan xidmətlər/bonuslar/endirimlər/elanlar toplusu
- Bonuslar – Tap.az saytında istifadə oluna bilən Tap.az Şəxsi hesabdakı vəsaitlər
- Endirim – elanların irəlilətməsi üçün Saytda təqdim olunan pullu xidmətlərin qiymətinin aşağı salınması
- Qanunvericilik – Azərbaycan Respublikası ərazisində qüvvədə olan və tətbiq edilən qanunlar, fərmanlar, qərarlar, sərəncamlar, qaydalar, təlimatlar və digər normativ-hüquqi aktlar
2. Ümumi müddəalar
2.2. Bu Razılaşma Administrasiya və İstifadəçilər arasında münasibətləri tənzimləyir.
2.3. Bu Razılaşma İstifadəçilər tərəfindən Saytdan istifadə şərtlərini müəyyən edir.
2.4. Sayta giriş veb-səhifələrini açmasına imkan verən (brauzer) xüsusi proqram təminatı və ya Tap.az mobil tətbiqi vasitəsilə təmin olunmuş vasitə.
2.5. Bu İstifadəçi Razılaşmasında istifadə edilən və 1-ci bənddə əks olunmayan hər hansı termin və anlayışlar Razılaşmanın mətnindən irəli gələn mənaya uyğun şərh ediləcək. Razılaşmada istifadə olunan terminin və ya tərifin təfsiri ilə bağlı hər hansı fikir ayrılığı yaranarsa, Qanunla tənzimlənən şərh tətbiq olunacaq.
2.6. Saytın materiallarından və xidmətlərindən istifadəsi mövcud Qanunvericiliyin, habelə bu Razılaşmanın normaları ilə tənzimlənir.
2.7. İstifadəçi Saytın xidmətlərindən istifadə etməklə, bu Razılaşmaya qoşulur və Saytın xidmətlərindən istifadə qaydalarına əməl etmək üçün onun şərtlərini və öhdəliklərini qəbul edir.
2.8. Administrasiya istənilən vaxt bu Razılaşmanın şərtlərini birtərəfli qaydada dəyişdirmək hüququna malikdir.
2.9. Razılaşmanın yeni redaksiyası Saytda dərc edildiyi gündən etibarən qüvvəyə minir. İstifadəçi bu Razılaşmada dəyişikliklərin mövcud olub-olmadığına görə şəxsən məsuliyyət daşıyır.
2.10. Fərdi xidmətlərin göstərilməsi xüsusi qaydalar və/və ya razılaşmalarla tənzimlənə bilər.
2.11. Digər İstifadəçiləri yanıltmaq, çaşdırmaq və ya aldatmaq niyyəti ilə başqa adamların, qrupların və ya təşkilatın adından hərəkət etmək qadağandır.
2.12. Administrasiya bu Razılaşmanın şərtlərini, habelə digər şəxslərin hüquqlarını və ya mövcud qanunvericiliyin müddəalarını pozan İstifadəçinin xidmətlərə çıxışını dayandırmaq və/və ya İstifadəçini bloklamaq hüququnu özündə saxlayır. Bloklanmış İstifadəçi Saytın funksionallığından istifadə etməkdə məhduddur.
2.13. Saytın funksional imkanlarından istifadəsi məhdudlaşdırılmış və ya məlumatları etibarlılığını itirmiş İstifadəçinin Administrasiyanın icazəsi olmadan Saytdan yenidən istifadə etmək hüququ yoxdur.
3. Elan yerləşdirilməsi
3.1. Administrasiya xüsusi forma doldurulduqdan sonra, Administrasiya tərəfindən bloklanmış İstifadəçilər istisna olmaqla, bütün İstifadəçilərə Saytda Elanlar yerləşdirmək hüququ verir.
3.2. Sayt Administrasiyası tərəfindən İstifadəçinin daxil etdiyi nömrənin verifikasiyası (yoxlanılması) həyata keçirilir və İstifadəçi üçün Şəxsi kabinetinə giriş açılır.
3.3. İstifadəçi Sayta daxil olmaq üçün təsdiqlənmə kodunu gizli saxlamağı öhdəsinə götürür. İstifadəçi telefon nömrəsi və kodundan istifadə etməklə aparılan əməliyyatlara, habelə İstifadəçinin Şəxsi kabinetində aparılan əməliyyatlara görə məsuliyyət daşıyır. İstifadəçi Saytdan yalnız özünün elektron ünvanı və telefon nömrəsi vasitəsilə istifadə etmək hüququna malikdir.
3.4. Administrasiya İstifadəçinin Sayta daxil olarkən təqdim etdiyi məlumatın doğruluğunun yoxlanılması üçün xüsusi texniki vasitələrdən istifadə etmək hüququna malikdir.
3.5. İstifadəçi əqli mülkiyyət, müəllif hüququ və/və ya əlaqəli hüquqlar da daxil olmaqla, qanunvericiliyin və ya beynəlxalq hüququn pozulması sayıla biləcək hərəkətlərə, o cümlədən Saytın normal işləməsinə gətirib çıxaran və ya gətirib çıxara biləcək hər hansı digər hərəkətlərə yol verməməyi razılıq verir.
3.6. İstifadəçinin Saytdakı şərhləri və digər qeydləri qanunvericilik tələblərinə və ümumi qəbul edilmiş əxlaq və əqidə normalarına zidd olmamalıdır.
3.7. Administrasiya elanların məzmununa, digər resurslara keçidlərə və elanların təsvirində göstərilən digər məlumatlara görə məsuliyyət daşımır.
3.8. Administrasiyanın İstifadəçi tərəfindən təqdim olunan elanları, bilgiləri və məlumatları dərc etmək hüququ əldə etməsi üçün İstifadəçi Administrasiyaya məlumatlardan, rəsmlərdən, fotoşəkillərdən, məlumat bazalarından, paylaşımlardan, müəllif hüquqlarından və əqli mülkiyyət hüquqlarından, habelə İstifadəçinin bütün məlum və ya naməlum məlumat daşıyıcılarında təqdim etdiyi hər hansı digər məlumatlardan universal (hər yerdə keçərli olan), müddətsiz, geri alınmaz, müstəsna olmayan istifadə etmək, yayımlamaq, paylaşmaq, toplamaq, emal etmək, nümayiş etdirmək, surətini çıxarmaq, dublikatını çıxarmaq, əks etdirmək hüququ verir. Yuxarıda sadalanan hüquqlar Administrasiyaya təmənnasız təqdim edilir. İstifadəçi Saytın bütün istifadəçilərinə yerləşdirdiyi məlumata daxil olmaq hüququ verir. Eyni zamanda, İstifadəçi Saytda yerləşdirdiyi materiallara dair hər hansı əqli mülkiyyət hüququnu özündə saxlayır.
3.9. Administrasiya elanda yerləşdirilmiş hər hansı bilgi və məlumatların İstifadəçi tərəfindən təqdim edilməsi ilə əlaqədar üçüncü şəxslərin hüquqlarının pozulmasına görə məsuliyyət daşımır.
3.10. İstifadəçi Saytın Qaydalarına uyğun olaraq elanlar yerləşdirməyi,Məhsul və onun satış şərtləri haqqında etibarlı və dolğun məlumat təqdim etməyi öhdəsinə götürür. İstifadəçi yerləşdirilən elanda onun Məhsul haqqında qeyd etdiyi məlumatları yoxlamalı və yanlış və ya natamam məlumat aşkar etdikdə, elanda zəruri düzəlişlər və ya əlavələr etməlidir.
3.11. İstifadəçi Məhsula dair elan yerləşdirməklə, bu Məhsulla bağlı elanda göstərilən hərəkətlər etmək hüququna malik olduğunu təsdiqləyir.
3.12. İstifadəçi, bütün patentlər, ticarət nişanları, kommersiya sirləri, əqli mülkiyyət hüquqları da daxil olmaqla, Saytdakı elanlarda bilgi və məlumatların yerləşdirilməsi üçün bütün lazımi hüquqlara, lisenziyalara, icazələrə sahib olduğunu və ya adlarının, şəkillərinin və ya digər obyektlərin istifadə edilməsi üçün üçüncü şəxslərin müvafiq yazılı razılığı, lisenziyası və ya icazəsi olduğunu təsdiqləyir.
3.13. Administrasiya İstifadəçidən yerləşdirilmiş Məhsulla və ya İstifadəçinin təqdim etdiyi məlumatlarla bağlı təsdiqedici sənədlər və/və ya əlavə məlumatlar tələb etmək hüququna malikdir. Sayt bu cür sənədlər və ya məlumatlar təqdim edilənə qədər elan dərc edilməsini təxirə salmaq hüququna malikdir.
3.14. Administrasiya xidmətlərin yüksək keyfiyyətini qoruyub-saxlamaq məqsədilə İstifadəçinin Saytdakı aktiv elanlarının sayını məhdudlaşdırmaq, habelə İstifadəçinin Saytdakı fəaliyyətini məhdudlaşdırmaq hüququna malikdir.
3.15. İstifadəçinin Elanda göstərdiyi Məhsulun təsviri bu Məhsulun satış şərtlərini müəyyən edir.
3.16. Elanda göstərilən xidmət şərtləri və ya Məhsulun təsviri və satış şərtləri, habelə elanın digər şərtləri həm elanın yerləşdirildiyi vaxtda, həm də gələcəkdə qüvvədə olan qanunvericiliyə və bu Razılaşmaya zidd olmamalıdır. Elanın hər hansısa şərti qüvvədə olan qanunvericiliyə və/və ya Razılaşmaya edilən dəyişikliklər nəticəsində qanunvericiliyə və ya bu Razılaşmaya uyğun gəlmirsə və ya o cür qəbul edilirsə, bu cür şərtlər və ya bu cür elan İstifadəçi tərəfindən istənilən uyğunsuzluqların aradan qaldırılacağı şəkildə dolğunlaşdırılmalı və ya dəyişdirilməlidir. Müvafiq dəyişikliklər etmək mümkün olmadıqda, belə lan İstifadəçi tərəfindən ləğv edilməlidir. Bu bənddə göstərilən hallar yaranarsa, Administrasiya İstifadəçini əvvəlcədən xəbərdar etmədən, bu cür elanları redaktə etmək və ya ləğv etmək istiqamətində tədbirlər görmək hüququnu özündə saxlayır.
3.17. Qüvvədə olan qanunvericiliyi pozan, ümumi qəbul edilmiş əxlaq normalarına zidd, təhqiredici və ya yersiz olan, həmçinin üçüncü şəxslərin hüquqlarını pozan elanların Saytda dərc edilməsi qadağandır. İstifadəçi təklifin qüvvədə olan qanunvericiliyi və bu Razılaşmanin şərtlərini pozmadığından əmin olmalıdır. İstifadəçi tərəfindən təqdim olunmuş məlumatlar və onun Saytdakı hərəkətləri aşağıdakı şərtlərə cavab verməlidir:
3.17.1. yalan, qeyri-dəqiq və ya yanıldan, çaşdıran olmamalı;
3.17.2. dələduzluğa, yalana və ya etibardan sui-istifadəyə səbəb olmamalı;
3.17.3. oğurlanmış və ya saxta əşyalarla əməliyyatlara yol açmamalı;
3.17.4. üçüncü şəxsin əmlakına, onun kommersiya sirrinə qəsd etməməli və ya şəxsi həyatının toxunulmazlığı hüququnu pozmamalı;
3.17.5. kimlərinsə şərəf və ləyaqətini və ya işgüzar nüfuzunu təhqir edən məlumatlar əks etdirməməli;
3.17.6. kimlərəsə qarşı böhtan və ya hədə-qorxu tərkibli olmamalı;
3.17.7. cinayət törədilməsinə və ya etnik ədavətin qızışdırılmasına sövq etməməli;
3.17.8. terrorçuluq və ekstremist fəaliyyətə səbəb olmamalı, onları dəstəkləməməli, onlara səsləməməli;
3.17.9. ədəbsiz olmamalı və ya pornoqrafik xarakter daşımamalıdır;
3.17.10. tərkibində kompüter virusları, habelə hər hansısa bir sistemin məlumatlarına və ya sistemin özünə, yaxud bir qisminə, yaxud şəxsi məlumatlara və ya digər məlumatlara (Servisin məlumatları da daxil olmaqla) zərər vurulmasına, icazəsiz müdaxiləyə məruz qalmasına, gizli ələ keçirilməsinə və ya mənimsənilməsinə yönəlmiş digər kompüter proqramları olmamalı;
3.17.11. tərkibində yerləşdirilən Məhsula aid olmayan, reklam xarakterli materiallar olmamalı;
3.17.12. üçüncü şəxslərin intellektual hüquqlarını, vətəndaş təsviri hüququnu və üçüncü şəxslərin digər hüquqlarını pozmamalı;
3.17.13. Heç bir şəkildə qüvvədə olan Qanunvericiliyi pozmamalıdır.
3.18. Elanda məhsulların satışı, istifadəsi haqqında və ya məhsul və xidmətlərə aid digər məlumatları əks etdirən internet-saytlarının səhifələrinə keçidlər paylaşmaq qadağandır.
3.19. İstifadəçi aşağıdakı mənbələrə dəstək verməməyi və onların təqdim etdiyi xidmətlər haqqında məlumat yaymamağı öhdəsinə götürür:
3.19.1. digər ticarət platformaları, internet-hərraclar və/və ya internet mağazalar;
3.19.2. Saytda təqdim edilən məhsul və xidmətlərə görə eyni və ya daha az qiymət təklif edən digər saytlar;
3.19.3. Saytda satışı qadağan olunmuş məhsul və xidmətləri təklif edən digər saytlar.
3.20. Administrasiya elanı Saytda Məhsula dair elan yerləşdirərkən, İstifadəçinin qeyd etdiyi üsuldan fərqli üsulla yerləşdirilmiş Məhsulu reklam etmək hüququna malikdir.
3.21. Administrasiya özündən asılı olan və ya olmayan səbəblərə görə hər hansı elanın yayımın yerini dəyişmək, saxlamaq, xitam vermək və ya yayınma vaxtını uzatmaq hüququna malikdir.
3.22. Administrasiya Elanları Saytın stilistikasına uyğun olaraq redaktə etmək və onları digər kateqoriyalara keçirmək hüququna malikdir.
3.23. Elanların tərtibatına dair tələblər Saytda elanların yerləşdirilməsi qaydalarının "Qaydalar" bölməsində müəyyən edilmişdir.
3.24. İstifadəçi qüvvədə olan qanunvericiliyə uyğun olaraq, elanların məzmununa görə tam və müstəsna məsuliyyət daşıyır.
3.25. Administrasiya istənilən vaxt İstifadəçidən elan yerləşdirərkən qeyd etdiyi məlumatların təsdiqini və təsdiqedici sənədlər tələb etmək hüququnu özündə saxlayır.
3.26. İstifadəçi Kateqoriya üzrə limitlər çərçivəsində elanları Saytda pulsuz dərc edir. Müəyyən Kateqoriyalar üçün limitlər, Biznes-istifadəçilər üçün limitlər və Limitin tətbiq olunmadığı hallar « Kateqoriya üzrə limitlər» bölməsində qeyd olunmuşdur.
3.27. Sayt İstifadəçinin Şəxsi kabinetinə məktub göndərərək, Limitin tükənməsi barədə məlumat verəcəkdir. İstifadəçinin Saytda və ya Limitin təqdim edilmədiyi Kateqoriyada başqa elan yerləşdirməsi ödənişlidir.
4. Elanların irəlilətmə üzrə ödənişli xidmətlər
4.1. İrəlilətmə üzrə ödənişli Xidmətlərin aktivləşdirilməsi həmin Xidmətlərə görə ödəniş etdiyiniz zaman baş verir. Ödənişli xidmətin məbləği xidmət aktivləşdirildikdən sonra geri qaytarılmır.
4.2. Administrasiya elana qarşı marağın faktiki artması kimi başa düşülən bilən irəlilətmə üzrə Xidmətlərin effektivliyinə görə məsuliyyət daşımır.
4.3. Administrasiya öz qərarı ilə irəlilətmə üzrə Xidmətlərin qiymətini dəyişmək hüququna malikdir. İrəlilətmə üzrə Xidmətlərin aktual qiyməti hər zaman müvafiq xidmətlərin əldə edilməsi səhifəsində göstərilir və əldə ediləcəyi ana qədər İstifadəçi üçün açıq olur.
4.4. Administrasiya İstifadəçilərin Sayt xidmətlərini ödədikləri ödəniş sistemlərinin işinə görə Hər hansı nasazlıq yarandıqda məsuliyyət daşımır. Bu halda pul vəsaitinin geri qaytarılması məsələsi fərdi qaydada həll olunur.
4.5. Ödənişli xidmətlərin ödənilməsi və geri qaytarılması şərtləri İctimai Oferta əsasında müqavilə ilə tənzimlənir.
5. Ödəniş
5.1. Saytda İstifadəçiyə seçilmiş Ödənişli xidmətlərin aktual qiyməti barədə vizual məlumat veriləcəkdir. Saytda göstərilən bütün qiymətlər ƏDV-nin (əlavə dəyər vergisi də daxil olmaqla) milli valyutada ifadə olunan ƏDV-nin nəzərə alındığı qiymətlərdir.
5.2. Ödənişli xidmətin göstərilməsi bu cür Ödənişli xidmətin ödənişinin Saytın hesabına tam köçürülməsindən sonra başlayır.
5.3. Elanın İstifadəçi tərəfindən ləğv edilməsi ilə əlaqədar yayımının vaxtından əvvəl dayandırıldığı halda, Məhsul satılmışdırsa və ya Elanın mövzusu İstifadəçi tərəfindən əvvəlcədən təyin olunmuş deyil, başqa bir Məhsulun göstərildiyi şəkildə dəyişdirilirsə, bu Elana və əlaqədar Ödənişli xidmətlərə görə istifadə olunmamış müddət üçün ödənilən məbləğ geri qaytarılmır.
5.4. Qanunu və ya bu Razılaşmanın şərtlərini pozan, məsələn, yanlış kateqoriyaya əlavə edilmiş, oxşar və ya bir-birini təkrarlayan, dəfələrlə təkrarlanan (spam), təhqiredici və ya pornoqrafik xarakterli materialları əks etdirən, müəllif hüquqlarını pozan dələduzluq cəhdləri ləğv ediləcək, Elanın yerləşdirilməsi və bu Elanla əlaqəli Ödənişli xidmətlər üçün əvvəllər tutulan ödənişlər isə İstifadəçinin Şəxsi kabinetinə geri qaytarılacaqdır. İstifadəçinin tələbi ilə ödəniş məbləği birbaşa ödənişin edildiyi bank hesabına qaytarıla bilər. Elan Saytda yerləşdirildikdən sonra ləğv edilərsə, Elan Saytdan ləğv edilənə qədər göstərilən xidmətlər üçün İstifadəçidən xidmət haqqı tutulacaqdır. Elan Saytda redaktə etmək imkanı ilə yerləşdirildikdən sonra ləğv edilərsə, bu Elanla əlaqəli Ödənişli xidmətlər görə tutulan pul vəsaiti geri qaytarılmır, çünki İstifadəçi nöqsanlar aradan qaldırıldıqdan və Elan dərc olunduqdan sonra Ödənişli xidmətdən qüvvədə olduğu müddət ərzində istifadə etmək imkanına malikdir.
5.5. İstifadəçiyə müvafiq qaydada göstərilmiş xidmətlər üçün ödənilən pul geri qaytarılmır.
6. Şəxsi hesab və bonuslar, onların hesablanması və istifadəsi şərtləri
Şəxsi hesab nədən ibarətdir?6.1. Əsas balans - İstifadəçinin Saytdakı Şəxsi hesabında olan və Saytda mövcud olan üsullardan biri vasitəsi ilə İstifadəçi tərəfindən artırılan pul vəsaitidir.
6.2. Saytda Paket əldə edilməsinə görə Administrasiya tərəfindən Bonuslar əlavə edilir, daha ətraflı məlumat «Paketlər» bölməsində. Bütün hesablanmış Bonuslar İstifadəçinin Şəxsi kabinetində toplanır.
6.3. İstifadəçiyə Sayt tərəfindən hesablanan Bonusları pul ekvivalentinə dəyişmək/əvəzləmək və ya üçüncü şəxslərə ötürmək olmaz.
6.4. Ödənişli xidmətlərin əldə edilməsi üçün bonuslardan istifadə edilərkən, 1 bonusun dəyəri 1 AZN təşkil edir. Bonusların etibarlılıq müddəti bonusların növündən asılıdır (xidmət paketi çərçivəsindəki bonuslar, hədiyyə bonusları). Bonusların sayı Şəxsi kabinetdəki Biznes bölməsində əks olunur.
6.5. Paket çərçivəsindəki bonuslar invoys (hesab-faktura) ödənişindən sonra İstifadəçinin xidmətlər Paketinin balansına əlavə edilir. Bonusların etibarlılıq müddəti paketin etibarlılıq müddətinə bərabərdir.
6.6. Hədiyyə bonusları Administrasiyanın qərarı ilə İstifadənin Bonuslar balansına köçürülür. Etibarlılıq müddətini Administrasiya müəyyən edir.
6.7. Bonuslar xidmətlər paketi üçün ödəniş edildiyi andan etibarən bir gün ərzində İstifadəçinin Şəxsi hesabına köçürülür.
6.8. Bonuslar müddətlidir və sonuncu xidmətlər paketini əldə edildiyi andan etibarən, 6 ay ərzində başa çatır (Administrasiya tərəfindən başqa hal nəzərdə tutulmayıbsa).
6.9. İstifadəçinin etibarlılıq müddəti ərzində istifadə edə bilmədiyi bonuslar ləğv edilir (yanır) və bərpa edilə bilməz.
6.10. Bonuslar İstifadəçinin şəxsi kabinetinə səhvən və/və ya İstifadəçinin və ya digər şəxsin hərəkətləri nəticəsində vicdansızlıq elementlərini ehtiva edən, və ya Administrasiyanın qərarı ilə müəyyən edilmiş digər səbəblərlə səhvən hesablanmış bonuslar İstifadəçi əvvəlcədən xəbərdar edilmədən, Administrasiyanın qərarı ilə ləğv edilə bilər.
6.11. Şəxsi hesabdan pul vəsaitinin çıxılma ardıcıllığı:
6.11.1. Bonuslar mövcud olduğu halda, xidmətlərin ödənişi ilk növbədə Şəxsi hesabdakı Bonuslar balansından, bu balanslar bitdikdən sonra isə Əsas balansdakı vəsaitdən həyata keçirilir.
6.11.2. İstifadəçinin Şəxsi hesabında Bonuslar balansı və Paket balansı mövcud olduğu halda, Şəxsi hesabdan xidmətlərin ödənişi ilk növbədə Paket balansından, daha sonra isə Bonuslar balansından həyata keçirilir.
6.11.3. İstifadə müddəti bitdiyinə və ya digər səbəblərə görə silinmiş və ya qismən istifadə edilmiş bonuslar kompensasiya edilmir.
6.11.4. İstifadəçinin və/və ya Sayt Administrasiyasının təşəbbüsü ilə İstifadəçi Saytdan istifadə etməkdən imtina edərsə İstifadəçiyə əvvəllər verilmiş bütün Bonuslar Şəxsi hesabdan bərpa olunmayan şəkildə ləğv edilir.
6.12. Texniki səbəblər üzündən xidmətlərə görə ödəniş zamanı mövcud Bonusları silmək mümkün olmadıqda, pul vəsaitlərinin hesabdan çıxarılması Bonuslardan istifadə edilmədən tamamlanır.
6.13. İstifadəçinin aşağıdakı hallarda Administrasiya xəbərdarlıq etmədən Bonusları bloklamaq/ləğv etmək hüququna malikdir:
6.13.1. Sayt qaydalarına riayət etmirsə;
6.13.2. maddi zərər, mənəvi və digər mənfi nəticələrə səbəb olan və ya ola biləcək aşkar dələduzluq, aldatma və ya digər manipulyasiya əlamətləri əks etdirən hərəkətlərə yol veribsə və ya vermək niyyətindədirsə;
6.13.3. İstifadəçiyə paket xidmətləri çərçivəsində təqdim edilmiş hər hansı hüquqlardan sui-istifadə edirsə;
6.13.4. çaşdırıcı və ya həqiqətə uyğun olmayan məlumatlar (bilgilər) təqdim edirsə;
6.13.5. qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq.
7. «Mesajlar» xidməti
7.1. İstifadəçilər Saytda yerləşdirilmiş məhsulların müzakirə olunması üçün «Mesajlar» Xidmətindən istifadə edə bilərlər. Bu Xidmətdən başqa məqsədlərlə istifadəsi qadağandır.
7.2. İstifadəçilər arasında Sayt vasitəsilə göndərilən mesajlar şəxsi xarakter daşımır. Administrasiya İstifadəçi Razılaşmasında əks olunan hüquq və öhdəliklərə riayət olunması üçün fərdi mesajları nəzərdən keçirmək hüququna malikdir.
7.3. İstifadəçiyə «Mesajlar» funksiyası vasitəsilə mesajlar göndərmək imkanı üçüncü şəxslər tərəfindən Administrasiyanın hər hansı təsiri və nəzarəti olmadan istifadə oluna bilər. Administrasiya mesaj göndərmə formasının digər İstifadəçilər və/və ya avtomatlaşdırılmış sistemlər (robotlar) tələfindən istifadəsinə görə məsuliyyət daşımır.
8. Kommunikasiya
8.1. Administrasiya İstifadəçilərə Saytın fəaliyyəti, reklam və xəbər göndərişləri, Saytın yeni funksiyaları və s. ilə bağlı İstifadəçilərin göstərdiyi elektron poçt ünvanlarına və ya telefon nömrələrinə həmçinin Saytın özündə də təkrarlanmış ola biləcək elektron məktublar və/və ya qısa mesajlar (SMS-mesajları) göndərmək hüququnu özündə saxlayır.
8.2. Eyni zamanda, İstifadəçi anlayır, qəbul edir və razılaşır ki, bu cür məktublar və mesajlar bunlarla məhdudlaşmamaqla, digər İstifadəçilərdən əməliyyat bağlamaq təklifləri, digər məlumat və/və ya reklam xarakterli təkliflər və mesajlar və digər mesajlar qəbul edir və razılaşır. İstifadəçi anlayır, qəbul edir və razılaşır ki, bu cür mesajlar və/və ya onların ayrı-ayrı hissələri reklam xarakterli ola bilər və həmçinin reklam, məlumat və digər reklamları ehtiva edə bilər.. İstifadəçi bu cür mesajların və/və ya onların ayrı-ayrı hissələrinin reklam xarakterli ola biləcəyini, həmçinin reklam, məlumat və digər elanlar ehtiva edə biləcəyini anlayır, qəbul edir və razılaşır.
8.3. Saytda dərc olunmuş mesajlar dərc olunduqları andan etibarən, İstifadəçiyə çatdırılmış hesab edilirlər.
8.4. İstifadəçinin Sayt Administrasiyası ilə yazışmaları Saytda göstərilən elektron poçt ünvanı qutusundan istifadə etməklə həyata keçirilir.
8.5. İstifadəçi istənilən vaxt müvafiq sorğu göndərməklə, telefon nömrəsinə və ya elektron poçt ünvanına mesaj göndərilməsindən imtina edə bilər.
9. Saytın istifadə edilməsi
9.1. Administrasiya Saytın yerləşdiyi domen adının, Saytın özünün, mobil tətbiqlərin, eləcə də bütün Saytın və Saytın bütün proqram təminatının müstəsna sahibidir.
9.2. Proqram təminatı yüklənərkən, Administrasiya İstifadəçiyə proqram təminatını üçüncü şəxslərə ötürmək hüququ olmadan istifadə etmək üçün şəxsi, pulsuz, müstəsnasız lisenziya təqdim edir.
9.3. Belə bir lisenziya İstifadəçiyə Saytın imkanlarından istifadə etmək və Saytın funksiyalarına uyğun olaraq, onlardan faydalanmaq imkanı təqdim etmək üçün nəzərdə tutulmuşdur.
9.4. Administrasiyanın (Saytın) əqli mülkiyyətinin (proqram təminatı da daxil olmaqla) hamısını və ya hər hansısa bir hissəsini kopyalamaq, dəyişmək, yaymaq, satmaq (satıb pula çevirmək), dəyişdirmək və ya icarəyə vermək, o cümlədən, Administrasiyanın yazılı icazəsi olmadan, proqram təminatının mənbə kodunu «sındırmaq» və ya əldə etməyə cəhd etmək qadağandır.
9.5. Bundan əlavə, İstifadəçi aşağıdakı öhdəlikləri üzərinə götürür:
9.5.1. Sayt infrastrukturunun həddindən artıq yüklənməsinə səbəb ola biləcək heç bir tədbir görməməyi;
9.5.2. Administrasiyanın əvvəlcədən yazılı razılığı olmadan, Saytda olan hər hansı məlumatları kopyalamamağı, çoxaltmamağı, dəyişdirməməyi, yamamağı və ictimaiyyətə təqdim etməməyi;
9.5.3. Saytın fəaliyyətinə mane olmamağı;
9.5.4. Məlumatların və məlumat bazasının qanunsuz «yüklənməsinə» (toplanmasına), ötürülməsinə, kopyalanmasına, bloklanmasına, modifikasiyasına, ləğv edilməsinə, habelə Sayt Administrasiyası tərəfindən Saytın parametlərində müəyyən edilmiş məhdudiyyətlərin nəzərə alınmamasına yönəlmiş hər hansı kompüter proqramlarından, robotlardan («böcəklərdən») və ya digər avtomatik alqoritm və metodlardan istifadəyə etməməyi.
9.6. İstifadəçi Administrasiyanın yazılı razılığı olmadan Sayta giriş əldə etmək üçün xüsusi PT-dən (proqram təminatından) istifadə etməməyi öhdəsinə götürür.
9.7. Administrasiyanın yazılı icazəsi olmadan, elan yerləşdirilməsinin Qaydalarınan yan keçməklə, elanlar yerləşdirməyə imkan verən xüsusi proqram təminatından istifadə qadağandır.
10. Məsuliyyət məhdudiyyəti
10.1. İstifadəçi tərəfindən Saytda göstərilmiş bütün məlumatlar İstifadəçi tərəfindən öz Məhsulunun satışı üçün yerləşdirilir.
10.2. İstifadəçi özü haqqında məlumatları məhz öz maraqları mövqeyindən, o cümlədən İstifadəçi ilə ünsiyyət qurulmasını və/və ya İstifadəçinin identifikasiyasını asanlaşdırmaq üçün yerləşdirir.
10.3. İstifadəçi özü haqqında məlumat yerləşdirməklə, bu məlumatların Saytda ictimaiyyət üçün açıq olacağı şəkildə yerləşdirildiyi, yəni istənilən ziyarətçi və Sayt İstifadəçiləri üçün əlçatan olacağını anlayır və razılaşır.
10.4. İstifadəçi məlumatların bu şəkildə yerləşdirilməsi ilə əlaqədar bütün riskləri, lakin onlarla məhdudlaşmayaraq, elektron poçt ünvanının spam-mesajlar siyahılarına düşmə riskləri, elektron poçt ünvanının müxtəlif növ fırıldaqçılarının əlinə düşmə riski, telefon nömrəsinin SPS-spamçıların və/və ya SMS-dələduzlarının əlinə düşmə riski və məlumatın bu şəkildə yerləşdirilməsi nəticəsində yarana biləcək digər riskləri də anlayır və öz üzərinə götürür.
10.5. Sayt Məhsulla bağlı əməliyyatların təşkilatçısı, vasitəçisi, satıcısı və ya alıcısı deyildir.
10.6. Sayt Saytın İstifadəçiləri tərəfindən əməliyyatların yerinə yetirilməsinə və icrasına (həyata keçirilməsinə), əməliyyatlar nəticəsində, o cümlədən hər hansı bir şəxsin qeyri-qanuni əməlləri nəticəsində dəymiş zərərə, itirilmiş mənfəətə, gəlirlərə, maliyyə itkilərinə və ya dolayı, faktiki, təsadüfi və ya cərimə xarakterli zərərlərə görə məsuliyyət daşımır.
10.7. İstifadəçi Saytın xidmətlərindən istifadə etməklə, bu Razılaşmanın və Məxfilik Siyasətinin bütün şərtləri ilə tam və qeyd-şərtsiz razılığını təsdiqləyir.
10.8. Sayt bir alət olaraq İstifadəçilərin Məhsulun satışına və/və ya əldə edilməsinə qanunla, bu Razılaşma ilə və Saytdın digər qaydaları ilə icazə verilən Məhsullarla bağlı elanlar yerləşdirmək imkanı təqdim edən bir vasitədir.
10.9. Administrasiya İstifadəçilər tərəfindən elanlarda yerləşdirilən məlumatların doğruluğuna nəzarət etmir.
10.10. Administrasiya Saytda yerləşdirilən elanların məzmununa, eləcə də doğruluğuna görə heç bir məsuliyyət daşımır.
10.11. Administrasiya hər hansı (o cümlədən İstifadəçinin poçt ünvanına və/və ya mobil telefonuna daxil olmuş) mesajların məzmununa, habelə İstifadəçilərin əlaqə məlumatlarının digər şəkildə istifadəsinə görə heç bir məsuliyyət daşımır.
10.12. İstifadəçi Saytda yerləşdirilməsi faktının hər hansısa Məhsul təklifinin, satışının və/və ya əldə edilməsinin həqiqi və qanuni olduğunun zəmanəti olmadığını anlayır. Əməliyyatın həyata keçirilməsinə dair qərarı İstifadəçi özü verir.
10.13. Administrasiyanın istənilən iddialar üzrə ümumi məsuliyyəti İstifadəçinin Sayt xidmətlərindən istifadə üçün ödədiyi məbləğlə (Saytın qərarı ilə) və ya İstifadəçiyə bu xidmətləri yenidən təqdim etməklə məhdudlaşır.
10.14. İstifadəçi razılaşır ki, İstifadəçi ilə Saytın digər İstifadəçiləri və/və ya ziyarətçiləri arasında yaranan bütün mübahisələr (əməliyyatların həyata keçirilməsi nəticəsində baş verənlər də daxil olmaqla) Administrasiyanın iştirakı olmadan, İstifadəçi tərəfindən müstəqil şəkildə həll edilir.
10.15. İstifadəçi razılaşır ki, Administrasiya Saytın istənilən məzmunu və/və ya İstifadəçi tərəfindən həyata keçirilmiş əməliyyatlarla, müəllif hüquqlarının qeydiyyatı ilə və belə bir girişə dair məlumatlarla, Saytda mövcud olan məhsullar və ya xidmətlərlə, yaxud da İstifadəçinin Saytda yerləşdirilmiş məlumatlardan istifadə edərək, qurduğu digər əlaqələrlə bağlı istənilən mümkün və ya yaranmış itki və zərərlərə görə İstifadəçi qarşısında məsuliyyət daşımır və birbaşa və ya dolayı öhdəliklərə malik deyildir.
10.16. Administrasiya üçüncü şəxslər tərəfindən Sayta və ya Sayt vasitəsilə ötürülə bilən istənilən proqram təminatının nöqsanları, nasazlığı və digər texniki və ya proqram təminatın problemlərinə, eləcə də səhvlər, proqram virusları və s. bu kimi nöqsanlara görə məsuliyyət daşımır.
10.17. İstifadəçi yalnız qüvvədə olan qanunvericiliyə və bu Razılaşmaya uyğun olaraq hərəkət etməyi, eləcə də qanunvericiliyə uyğun olaraq, Saytda və Sayt xidmətlərindən istifadə edərkən yol verdiyi hərəkətlərə və hərəkətsizliyə görə tam məsuliyyət daşımağı öhdəsinə götürür.
10.18. Saytın digər İstifadəçisi tərəfindən İstifadəçinin hüquqları pozulduğu (intellektual mülkiyyət obyektindən qeyri-qanuni istifadə və s.) təqdirdə, hüquqları pozulmuş İstifadəçi müvafiq şikayətlə Administrasiyaya müraciət edə bilər. Administrasiya şikayətə baxmağı və şikayətin əsaslandırılmış olduğu halda, İstifadəçi hüquqlarının pozulmasının qarşısının alınması istiqamətində tədbirlər görməyi öhdəsinə götürür.
10.19. Administrasiya, qəsdən yol verilmiş və ya kobud səhv nəticəsində dəymiş birbaşa zərər istisna olmaqla, Saytdan istifadə ilə bağlı hər hansı potensial birbaşa və dolayı zərərə görə məsuliyyət daşımır.
11. Şəxsi kabinetin ləğv edilməsi
11.1. İstifadəçi istənilən vaxt «Ləğv et» düyməsini sıxmaqla, Saytdakı Şəxsi kabinetini ləğv etmək hüququna malikdir.
11.2. Siz Şəxsi kabinetinizi ləğv etdikdən sonra 30 gün ərzində yeni qeydiyyat üçün ləğv edilmiş kabinetdə göstərdiyiniz telefon nömrəsindən istifadə edə bilməyəcəksiniz.
12. Digər şərtlər
12.1. Bu Razılaşmaİstifadəçinin Şəxsi kabinetinin olub-olmadığından və ya elan yerləşdirib-yerləşdirmədiyindən asılı olmayaraq, Saytdan istifadə etməyə başladığı andan qüvvəyə minir və müddətsiz qüvvədə qalır.
12.2. Mübahisələr yarandığı təqdirdə, bu Razılaşma tərəfləri onları danışıqlar yolu ilə həll etməyi öhdəsinə götürür. Bu Razılaşmanın icrası zamanı yaranan mübahisələr qüvvədə olan qanunvericiliyə uyğun olaraq həll edilməlidir.
12.3. Razılaşmaya edilən dəyişiklikləri qəbul etməyən İstifadəçi istənilən vaxt Saytdan istifadəni dayandırmaq hüququna malikdir.
12.4. Məhkəmə tərəfindən Razılaşmanın hər hansı müddəasının etibarsız və ya icraedilməz kimi tanınması Razılaşmanin digər müddəalarının etibarsız olmasına səbəb olmur.
12.5. Hər hansı bir İstifadəçi tərəfindən Razılaşmanin müddəaları pozulduğu təqdirdə, Administrasiyanın hərəkətsizliyi Administrasiyanı gələcəkdə öz maraqlarının və hüquqlarının müdafiəsi istiqamətində müvafiq tədbirlər görmək hüququndan məhrum etmir.
12.6. Bu Razılaşmada nəzərdə tutulmayan bütün digər şərtlər və hallar ayrıca, fərdi qaydada tənzimlənir.
12.7. Bu Razılaşmaya Əlavələr onun ayrılmaz hissəsidir.
Saytdan istifadə Şərtləri ilə bağlı əlavə suallarınız mövcuddursa, cavablarını Yardım bölməsində axtara və ya dəstək xidmətinin mütəxəssislərinə müraciət edə bilərsiniz.